Əmrah Alıyev Asim
Məlumat:
Hörmətli HR nümayəndəsi.
İlk öncə dəyərli zamanınızı ayırıb məktubumu oxuduğunuz üçün təşəkkür edirəm. Adım Alıyev Əmrahdır. İqtisad universitetində iqtisadiyyat ixtisası üzrə 4-cü kurs tələbəsiyəm. Bakalvr təhsilimi artıq bitimək üzrə olsam da, təhsilimi davam etdirmək niyyətindəyəm. Buna görə də magist təhsili almaq qərarına gəlmişəm və artıq ilk cəhd imtahında iştirak edərək 73 bal toplamışam. İnkişafa meyilli biri olaraq əsas məqsədim seçdiyim sahədə mövcud bilik və bacarıqlarımı artırmaqdır. Bununla da fəaliyyət göstərəcəyim sahayə və şirkətə öz qatqılarımı edə bilməkdir. Tələbəlik həyatımda əsas fəaliyyətlərimdən biri UNEC Könüllüləri Təşkilatında tələbə işləri mərkəzində könüllülük fəaliyyətimin olmasıdır.
Yalnız universitet və ali təhsillə kifayətlənməmişəm. İndiyə qədər müxtəlif seminarlara, verbinarlara qatılmışam. Təcrübə və gələcək karyera fəaliyyətimdə lazımlı olduğunu düşünərək MS ofis (100%) və ingilis dili bacarıqlara yiyələnmişəm. Universiteti 90 ortalama ilə artıq yekunlaşdırdığımı nəzərə alsaq, bunları uğurlarımın statistik göstəriciləri kimi vurğulamaq olar.
Vakansiyaya müraciət etməkdə istəyim isə, şirkətinizə, marketinq və satış sahəsinə olan marağımdan irəli gəlir. Əsas istəklərimdən biri şirkətinizin bir üzvü olaraq dəyər yaratmaq, sahəyə aid bacarıqlarımı inkişaf etdirmək, uyğun olduğu təqdirdə şirkətdə qalaraq, onun bir hissəsi olmaqdır. Düşünürəm ki, ilk karyera mühitinin sizin şirkət olması mənim üçün böyük sevinc olardı.
Kateqoriya:
Marketing
İş qrafiki:
Tam ştat
E-poçt:
[email protected]