PAŞA Sığorta ASC

Qısa məlumat:
“PAŞA Sığorta” ASC Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq 3 mart 2006-cı il tarixində təsis olunub və yarandığı gündən etibarən qürurla müştərilərin rahatlığına zəmanət bəxş edir. PAŞA Sığorta şirkəti ölkənin sığorta xidmətləri bazarında tanınmış lider şirkətlərdən biridir. Hal-hazırda şirkətin nizamnamə kapitalının həcmi 50 milyon manatdır və 300 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Yüksək səviyyəli kapital PAŞA Sığorta şirkətinə öz sığorta öhdəliklərini əminliklə yerinə yetirməyə zəruri maliyyə imkanı verir və onun ödəmə qabiliyyətliliyinə zəmanət verir. Bundan başqa, şirkətin öz vəsaitləri ilə kifayət qədər təmin olunması onun gələcək inkişaf üçün zəruri potensialının mövcudluğundan xəbər verir. Sığorta xidmətləri bazarında PAŞA Sığorta şirkəti özünü universal sığorta şirkəti kimi təqdim edir. PAŞA Sığorta şirkətinin biznes proseslərinin əsasında milli bazarın xüsusiyyətləri nəzərə alınmaqla ən qabaqcıl Qərb təcrübələrinin mexanizmləri durur. Qlobal reytinq agentliyi “S&P” “PAŞA Sığorta” ASC şirkətinin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib. “PAŞA Sığorta” ASC Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 2016-cı il 12 oktyabr tarixli 476 nömrəli lisenziyası əsasında fəaliyyət göstərir. “PAŞA Sığorta” şirkəti fəaliyyətini 2021-ci ildən etibarən "ISO 10002: 2018" beynəlxalq standartında təsvir olunmuş Keyfiyyətin İdarə Olunması Sisteminə (Quality Management System) müvafiq olaraq həyata keçirir.

E-poçt: [email protected]

Ünvan: Sahil Plaza, 61, M. Useynov Avenue, AZ1095, Baku, Azerbaijan

Əlaqədar şəxs: Məryam Bəhrami

Telefon: +994 12 505 12 22


Aktiv vakansiyalar